loading...

Tələbələr qızı qonaqlığa çağırıb təcavüz etdilər

Tələbələr qızı qonaqlığa çağırıb təcavüz etdilər
Rusiyanın Sankt-Peterburq şəhərində tələbə oğlanlar yeniyetmə qıza təcavüz ediblər.
Bildirilir ki, oğlanlar təzə tanış olduqları 17 yaşlı qızı qonaqlığa dəvət edərək, onu zorlayıblar.
Hadisədən sonra həmin qız bədənində olan zədələrlə xəstəxanaya gedib. Qızın qardaşı bu barədə polisə müraciət edib. Hadisəni törədən şəxslər tutulub. Onların fərqli universitetlərin birinci və ikinci kurs tələbələri olduqları məlum olub.
Faktla bağlı araşdırma başlayıb.Oxu.az

Xəbər lenti