loading...

Tanışlıq saytında tapdığı qız 50 kiloqramlıq seyfini BELƏ OĞURLADI - FOTO-VİDEO

Tanışlıq saytında tapdığı qız 50 kiloqramlıq seyfini BELƏ OĞURLADI - FOTO-VİDEO
Rusiyanın Peterburq şəhərinə qazanc üçün Özbəkistandan gələn 33 yaşlı Muhəyya tanışlıq saytında rastlaşdığı 67 yaşlı iş adamı Alekseyin evindən içində 3 milyon rubl olan 50 kiloqramlıq seyfi oğurlayıb.Verilen xəbərə görə, özünü Maya kimi təqdim edən Muhəyya kişinin etibarını qazanaraq, tez-tez onun evində tək qalıb.
Seyfin ağır olduğunu və şifrəni yalnız özünün bildiyini nəzərə alaraq, Aleksey pullarının əmniyyətdə olduğunu düşünüb, lakim Muhəyya seyfi mələfəyə bürüyərək, evdən sürüyə-sürüyə çıxarıb. Həmin görüntülər binanın müşahidə kameralarına düşüb.Big.az
 


Xəbər lenti