loading...

Sərnişinlər təyyarədə içib-oynayan qadını oturacağa bağladılar - VİDEO

Sərnişinlər təyyarədə içib-oynayan qadını oturacağa bağladılar - VİDEO
Rusiyadan Birləşmiş Ərəb Əmirliyinə uçan təyyarədə qəribə hadisə baş verib.
"Pegas Fly” şirkətinə məxsus, Ufadan Dubaya uçan təyyarə havaya qalxandan sonra sərnişinlərdən biri spirtli içki içib oynamağa başlayıb.
Ekipaj üzvlərinin xəbərdarlığına baxmayaraq o, yenə narahatlıq yaratmağa davam edib.
Pilot onun sakitləşməyəcəyi təqdirdə təyyarənin təcili İrana eniş edəcəyini bildirib.
Bundan sonra sərnişinlər qadının əllərini yapışqan lentlə bağlayıblar. Bu hadisə bir sərnişin tərəfindən kameraya çəkilib.
Bir müddət sonra sakitləşən qadın yuxuya gedib.
O, Dubay ərazisində polisə təhvil verilib.oxu.az

Xəbər lenti