loading...

Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar

Polis 5 milyon tibbi maska ələ keçirdi - Əhaliyə baha satmaq niyyətində olublar
Tehranda polisin keçirdiyi əməliyyat nəticəsində minlərlə tibbi maska aşkar edilib.
Bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirərək, sonrakı günlər üçün baha satmaq niyyətində olublar. Axtarışlar zamanı polis 5,5 milyondan çox tibbi maska aşkar edib. Hadisəylə bağlı 3 şübhəli nəzarətə götürülüb. 3 fabrik bağlanıb.
Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə, tibbi maskalara böyük ehtiyac yaranıb.Publika.az

Xəbər lenti