loading...
loading...

Məzar dağıdılaraq içərisinə ölü toyuqlar atıldı...-RƏZALƏT

Məzar dağıdılaraq içərisinə ölü toyuqlar atıldı...-RƏZALƏT
ABŞ-ın Konnektikut ştatının Hartford şəhərindəki  yəhudi qəbiristanlığında qəbir qazma işçisi qəbirlərin birində iki ölü toyuq tapılması barədə polisə məlumat verib. 

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, qəbiristanlığı idarə edən ortodoks icmasının prezidenti Aqudas Acim hadisə barədə polisə məlumat verdiklərini söyləyib. Qəbir qazan Tommi Valentin "NBC” müxbirinə bildirib ki, qəbirlərdən birinə yaxınlaşdıqda onun dağıdılaraq  su ilə doldurulduğunu görüb. Fəhlənin sözlərinə görə,  suyun içində iki ölü toyuq da olub.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.
loading...

Xəbər lenti