loading...

Kişilər və qadınlar üçün ən təhlükəli yaş müəyyən edildi

Kişilər və qadınlar üçün ən təhlükəli yaş müəyyən edildi
Alimlər kişi və qadınlar üçün ən təhlükəli yaşı müəyyən ediblər.
Finlandiya və ABŞ mütəxəssisləri insanların yaşlarından asılı olaraq sağlamlıqlarını araşdırıblar.
Onlar bir neçə min xəstəlik tarixçəsi üzərində araşdırma aparıblar.
Əldə edilən nəticələrə əsasən kişilər və qadınlar üçün xüsusilə ürək-damar xəstəlikləri ilə əlaqədar kritik yaş müəyyən edilib.
Məlum olub ki, kişilər 40 yaşdan etibarən sağlamlıqlarına xüsusilə nəzarət etməlidirlər.
Qadınlarda isə riskli yaş 30-dan sonra başlayır. Bu yaşdan sonra insult, infarkt və digər xəstəliklərin riski artdığına görə, onlar sağlamlıqlarına xüsusilə diqqət yetirməlidirlər.
Bundan başqa, daimi stress və pis vərdişlər bu yaşdan sonra özünə yol aça bilər.Oxu.az

Xəbər lenti