loading...

İsveçrədə dünyanın ən kiçik sikkəsini zərb etdilər - FOTO

İsveçrədə dünyanın ən kiçik sikkəsini zərb etdilər - FOTO
İsveçrədə dünyanın ən kiçik sikkəsi zərb edilib.

Sikkənin üstünə fizika üzrə Nobel mükafatçısı alim Albert Eynşteynin surəti həkk edilib. Bu barədə İsveçrənin Sikkə Evindən məlumat verilib. Bildirilir ki, Eynşteynin məşhur dilini çıxartdığı foto əsas götürülüb. Eyni zamanda sikkəyə İsveçrənin simvolu olan Helvetia yazısı və xaç şəkli də həkk edilib. Sikkə qızıldan hazırlanıb və çəkisi 0.063 qramdır.

Bildirilir ki, cəmi 999 sikkə zərb edilib və onu internet-mağaza vasitəsilə əldə etmək olar. big,az
 

Xəbər lenti