loading...

Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb intihar etdi

Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb intihar etdi
Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.
Rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə zərərli həşəratlara qarşı çoxlu sayda dərman içib.
Kənd sakinlərinin verdiyi məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək, 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. Qafqazinfo
 

Xəbər lenti