loading...

Fahriye Evcen xüsusi pəhrizindən danışdı

Fahriye Evcen xüsusi pəhrizindən danışdı
Türkiyəli məşhur aktrisa Fahriye Evcen hamiləlik kilolarından təbii vasitələrlə azad olub.

Aktrisa hamiləlikdən sonra arıqlaması barədə açıqlama verib. O ailə böyüklərinin dediklərini əməl edərək arıqladığını deyib. Daha çox yediyi qidalar isə quru meyvələr, xurma, bəhməz və bulqurdur. Evcen oğlu Karanı dünyaya gətirdikdən bir neçə ay sonra 12 kilo arıqlayaraq əvvəlki görünüşünə qayıdıb. Aktrisa eyni zamanda haqqında çıxan yalan pəhriz reklamından da danışaraq xəbəri yalanlayıb.

Belə ki, sarıkök tərkibli arıqlama həbi satan saxta firma aktrisa haqqında ''Fahriye bu pəhrizlə arıqlayıb, apteklər sifarişləri çatdıra bilmir'' xəbərini yayıblar. Big.az

Xəbər lenti