loading...

Cavanşir Məmmədov transparan geyimindən danışdı: "Efirə şortikdə çıxmışam ki?"

Cavanşir Məmmədov transparan geyimindən danışdı:
Əməkdar artist Cavanşir Məmmədov "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

Veriliş zamanı mözu müğənnilərin efir geyimindən düşüb. Aparıcı Tarix Əliyev bir müddət öncə Cavanşir Məmmədovun efirə transparan geyimdə çıxmasından danışıb. Müğənni geyimi ilə bağlı açıqlama verib: "Mən o geyimi efirə geyinməmişəm. Nəvəm ilə gəzməyə çıxmışdım. Elgiz qəfil mənə zəng elədi ki, özünü təcili "ARB" kanalına çatdır. Mən də elə uşaqla birlikdə getdim. Nəsə, uşaqlara aid veriliş idi. Əvvəl uşağı çəkmək istəyirdilər, sonradan nəvəm mənsiz qalmadı, məcbur mən də efirə çıxdım. Amma burda qəbahətli heç nə yoxdur. Efirə şortikdə çıxmamışam ki?! Yay fəsli idi gəzinti geyimində idim. Qolu açıq mayka deyil. Görünən heç bir yerim yoxdur. Bu söz-söhbətləri çıxaran da elə öz sənət adamlarımızdır".Big.az

Xəbər lenti