loading...

Bu qız 60 saniyəlik videodan 200 min dollar qazanır (FOTOLAR)

Bu qız 60 saniyəlik videodan 200 min dollar qazanır (FOTOLAR)
Son illərin populyar sosial şəbəkə platforması TikTok-un fenomenləri bəzi firmalarla bağladıqları müqavilə əsasında 60 saniyəlik video paylaşımlarından 200 min dollar qazanırlar.

Onlardan biri də 17 yaşlı amerikalı fenomen Loren Qreydir. 38 milyon izləyicisi olan Laranın paylaşımları gündəlik 2 milyarddan çox bəyənmə alır. O kanalında rəqs edir, məhsulları təqdim edir və vloq çəkir.

O, TikTokdan əvvəl də sosial şəbəkə fenomeni idi. Lorenin 2015-ci ildə açdığı Musical.ly hesabı qısa müddətdə tanınaraq, ən məşhur adlar sırasında yer alıb.

Qrey 2018-ci ildə Virgin Recordsla müqavilə imzalayaraq musiqiyə professional giriş edib. Bundan sonra onun "My Story" mahnısı bazara çıxarılıb. Milyonlarla izləmə qazandıqdan sonra yeni mahnılar yazdırmağa başlayıb.Qaynarinfo
 





Xəbər lenti