loading...

Azərbaycanlılar İrəvan küçələrində görün nə etdilər: Ermənistanda ŞOK EFFEKTİ YARADAN VİDEO

Azərbaycanlılar İrəvan küçələrində görün nə etdilər: Ermənistanda ŞOK EFFEKTİ YARADAN VİDEO
Azərbaycanlıların İrəvanda videoçəkiliş aparması Ermənistanda ciddi təşvişə səbəb olub.

üçüncü ölkənin vətəndaşı olan azərbaycanlılar İrəvana səfər edib və axşam saatlarında şəhərin küçələrində çəkiliş aparıblar.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə azərbaycanlılar Azərbaycanın tarixi şəhərinə gəldiklərini deyir, şəhər küçələrinin pis işıqlandırılmasından danışırlar.

Bu videonun ortaya çıxmasından sonra Ermənistanda həmin azərbaycanlıların Azərbaycanın xüsusi xidmət orqanlarının kəşfiyyatçıları olduğu iddiası ortaya atılıb.

"Armenianreport” saytı yazır ki, İrəvanda Azərbaycanın xüsusi xidmət orqanlarının agentləri çəkiliş aparır, Ermənistanın təhlükəsizlik orqanları yatıb. Hakimiyyət təhlükəsizik xidmətindən, eləcə də hüquq-mühafizə orqanlarından rəqiblərini cilovlamaq, KİV-i nəzarətdə saxlamaq üçün istifadə edir. Kim inqilaba qarşıdırsa, deməli, Ermənistanın milli təhlükəsizliyinə təhdiddir. Amma azərbaycanlılar İrəvanın mərkəzində at oynadır, videoçəkilişlər aparır”, - sayt yazır.

Erməni hüquqşünas yazır ki, Azərbaycanın xüsusi xidmət orqanları İrəvan küçələrində rahat şəkildə gəzirlər.

Erməni şərhçi Tevos Arşakyan isə qeyd edir ki, Paşinyan hakimiyyəti peşəkar kadrları təhlükəsizlik orqanlarından uzaqlaşdırandan sonra ölkənin təhlükəsizliyi təhdid altına düşüb.

"Azərbaycan kəşfiyyatçılarının İrəvanın mərkəzində sərbəst gəzməsi, videoçəkilişlər aparması buna sübutdur. Heç kim zəmanət verə bilməz ki, azərbaycanlı kəşfiyyatçılar indi İrəvanın başqa küçəsindədirlər, yaxud hansısa strateji obyekti hədəfə almayıblar”, - Arşakyan iddia edir.

Yayılan videokadrlardan görünür ki, azərbaycanlılar üçüncü ölkənin vətəndaşlarıdırlar və İrəvana turist kimi, yaxud başqa bir məqsədlə gediblər. Amma bu videogörüntülərin Ermənistanda yaratdığı şok effekti işğalçı ölkənin qorxu içində olduğunu təsdiqləyir.Publika.az

 [media= ]

Xəbər lenti