loading...

Azərbaycanda daha bir dəhşətli qətl - İş yerinə gələrək arvadını öldürdü

Azərbaycanda daha bir dəhşətli qətl - İş yerinə gələrək arvadını öldürdü
Şirvan şəhərində qətl törədilib.
Zəngilan rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu Şirvan şəhərində yerləşən Cənub Sənaye Qovşağının inzibati binasında həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını qətlə yetirib. 34 yaşlı Sahib arvadını boğaraq öldürdükdən sonra onun vəfat etməsinə tam əmin olmaq üçün bıçaqla boğazını kəsib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Publika.az

Xəbər lenti