loading...

Arvadı xəstəxanada doğuş edən zaman fahişələrlə şənlənən kişinin evinə "qan düşdü" - FOTO

Arvadı xəstəxanada doğuş edən zaman fahişələrlə şənlənən kişinin evinə
Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Həyat yoldaşı doğuşa getdiyi gün evinə üç əxlaqsız qadın gətirən kişinin "şənliyi" qətllə sonlanıb.
Belə ki, 25 yaşlı Yelena Postnova doğuş üçün xəstəxanaya yerləşdirildiyi gecə 33 yaşlı əri Konstantin Zaytsev evə həmkarlarını və üç əxlaqsız qadını dəvət edərək şənlənmək istəyib.
Lakin məsələ qadınların "zəhmət haqqı"nı ödəməyə çatdıqda, "qan su yerinə axıb": Konstantin fahişələrdən birini, 22 yaşlı Snejana Çepsorakovanı tapança ilə vurub.
Öncə şübhəli şəxs kimi saxlanılan Konstantin Zaytsev məhkəmə qərarı çıxanadək səkkiz ay həbsxanada yatıb. Nəticədə, qətl ittihamı ehtiyatsızlıqdan adam öldürmə hökmü ilə əvəz olunub.
Konstantin aralarındakı münaqişə zamanı qadını qəsdən öldürdüyünü təkzib edib.
2018-ci ilin fevral ayında baş verən dəhşətli hadisədə başından güllələnən bir uşaq anası elə hadisə yerində dünyasını dəyişib.Məhkəmə qərarına əsasən, Çepsorakova iş adamının silahına baxarkən, tapança əlindən yerə düşüb və təsadüfən atəş açılıb. Yelena Postnova isə hadisə ilə bağlı açıqlama verməsə də, bu yaxınlarda əri ilə fotolarını sosial şəbəkədə paylaşıb. Hadisə Rusiyada böyük səs-küyə səbəb olub və bir adamın cinayətdən belə rahatlıqla canını qurtarması dəhşətli adlandırılıb. Sosial şəbəkə istifadəçilərindən bəziləri isə baş verənlərdən sonra əri ilə barışan Yelenanı tənqid atəşinə tutub. sonxeber.az



Xəbər lenti