loading...

18 yaşında hamilə qalan qızdan ağlasığmaz əməl - FOTO

18 yaşında hamilə qalan qızdan ağlasığmaz əməl - FOTO
Rusiyanın Budyonnovsk vilayətində yaşayan Lüdmila Muradova adlı qadın ağlasığmaz əməl törədib.
18 yaşında hamilə qalan Lüdmila Muradova evdə uşağı doğduqdan sonra onu pəncərədən atıb. Çöldə havanın temperaturunun 1 dərəcə olmasına və körpənin hündürlükdən düşməsinə baxmayaraq o, möcüzə nəticəsində sağ qalıb.
Yoldan keçənlər çağa səsi eşitdikdə uşağı görüb, təcili tibbi yardım çağırıblar. Vəziyyətdən şübhələnən həkimlər polisə müraciət ediblər. Nəticədə uşağın valideyninin kimliyi araşdırılıb və adının Lüdmila olduğu bilinib.
Polis tərəfindən saxlanılan L.Muradova ifadəsində bildirib ki, uşağın atası onu tərk edib. Qadın uşağı dünyaya gətirən zaman şoka düşdüyünə görə belə əməl törətdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.Milli.az 
 

Xəbər lenti